20 YANVAR-QAN YADDAŞIMIZ!

Qanlı Yanvar və ya 20 Yanvar faciəsi-1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Çoxlu sayda insan qətlə yetirilmişdir.

Bu təcavüzkarlıq siyasəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşımışdır. Lakin bu hadisə bizim müstəqillik yolunda gördüyümüz işləri sürətləndirdi.