Kimya kafedrasının dosenti Rzayeva Mətanət Firuddin qızının Kimya ixtisasının III kursunda S/f. Keçid elementlər kimyası fənindən “V qrup keçid elementlərinin ümumi xarakteristikası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan prof. İ.Alverdiyev, Kimya kafedrasının müdiri dos.A.Məmmədova, b/m. V.Əliyeva, müəl.E.Qəhrəmanov iştirak etdilər. Açıq dərs keçmiş mövzuya aid sual-cavabdan sonra yeni mövzuya aid motivasiya yaradıcı suallar və slaydlarla başladı. Dərsdə auditoriyaya vanadium, niobium, tantal elementlərinin dövri sistemdəki mövqeyi, elektron konfiqurasiyalarının müqayisəli təhlili, təbii birləşmələri, alınma üsulları, fiziki və kimyəvi xassələri haqqında geniş nəzəri məlumatlar verilməklə, mövzunu əhatə edən çoxsaylı slaydlar təqdim edildi. Fənn müəllimi açıq dərsdə mövzunu tam əhatə etməklə yanaşı son illərin yeni məlumatlarını verməklə yekunlaşdı.