Fakültəmizin tələbələri olan Nəbizadə Aysu, Hacıyeva Zeynəb, Quluzadə Əsmər, Süleymanlı Mehriban, Tağıyeva Lətifə, Qasımova Səbinə, Əliyeva Elmira, Həsənov Dəmir, Soltanov Əliqoca, Ömərov Səbuhi Xankəndi -Laçın yolunda davam edən dinc ekoaksiyada iştirak ediblər. Onlar öz düşüncələrini bizimlə bölüşüblər: Orda olmanın verdiyi qüruru, sevinci sözlərlə ifadə etmək olmur. Nə xoş bizlərə ki, biz vətənimiz üçün xidmət edir, torpağımızın üzərimizdə olan haqqını az da olsa ödəmək üçün çalışırıq. Hər kəs bilməlidir ki, bizlər vətənə bağlı, mərd qürurlu, vətənə ana deyərək yetişdirilmiş Azərbaycan gəncləriyik və tələblərimiz yerinə yetirilənə qədər ilk günkü əzimlə dinc aksiyamıza davam edəcəyik.