Fakültədə 5 may 2023-cü il tarixdə “Biologiya müəllimliyi” ixtisası üzrə III kursda “Botanika” kafedrasının müəllimi biologiya üzrə fəlsəfə doktoru fəxri professor Həsənov Mirzə İsmayıl oğlunun “Bitki fiziologiyası” fənnindən “Kök sistemi su udma orqanı kimi. Quraqlığa davamlılığın fizioloji əsasları” mövzusunda mühazirəsi oldu. Mühazirədə İzmir şəhəri 9 Eylül Universitetinin prorektoru professor Fatma Duyğu Özəl Dəmiralp, millət vəkili Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, dekan professor Alverdiyev İsfəndiyar Cavid oğlu, AMEA-nın müxbir üzvü professor Novruzov Vaqif Seyfəddin oğlu və Universitet Azad Həmkarlar Komitəsinin sədri Qasımova Afaq Qulam qızı iştirak etdi.
M.İ.Həsənov mühazirədə kök sistemi bitkilərin təkamül prosesində əmələ gəlmiş su udma orqanı kimi əmələ gəlməsi, su daşıyan toxuma-ksilemin quruluş xüsusiyyətləri, torpaq-bitkilərin həyatında rolu, quraqlıq-onun baş vermə səbəbləri, su çatışmazlığının bitkilərdə gedən fizioloji-biokimyəvi proseslərə təsiri və s. nəticələri slayd və müasir elmi yeniliklərə istinad etməklə təhlil etdi.
Maraq doğuran cəhətlərdən biri də təhlil edilən məsələlərin əvvəlki mövzularla əlaqələndirilməsi, yeri gəldikcə tələbələri maraqlandıran sualların cavablandırılması oldu.