ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

Universitetimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ,,Müasir təbiət ve iqtisad elmlərinin aktual problemləri” mözsunda beynalxalq elmi konfrans keçirilib. Konfrans iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

  Konfransda rektor Yusif Yusibov,  Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi  Fuad Əliyev, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru Məhəmməd Babanlı, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak etmişlər.

Qeyd edək ki, müzakirə olunan mövzu ilə bağlı təqdim olunan 616 məqalə  6 cilddə kitabda nəşr olunub. Beynəlxalq konfrans 15 bölmədə öz işini davam etdirdi.