Qrupun rəhbəri dosent Allahverdi Quliyev ixtisas və qruplar üzrə dərs cədvəlini aldı. Dekanlığın iştirakı ilə iclas oldu. Üzvləri qruplara təhkim etdi və onlara müşahidələrin nəticələri qeyd olunacaq blanklar paylanıldı. Üzvlər təhkim olunduqları qruplarda iştirak etdikdən sonra dekanlıqda geniş müzakirə aparıldı. Müzakirənin nəticəsi olaraq qeyd edildi ki, müəllimlərin sillabusu, proqramı, mühazirə mətni, slaydı və s. var idi. Dərs jurnalları vaxtında səliqəli yazılmış, müvafiq qeydlər aparılmışdır.
Tələbələrin davamiyyəti jurnal üzrə yoxlandı. Monitorinq qrupu mühazirə və laborator məşğələlərinin gedişində tələbə fəallığının xüsusi əhəmiyyət daşımasını yaxşı hal kimi dəyərləndirdilər.