Botanika kafedrasının baş müəllimi Elnarə Hüseynovanın “Biologiya” ixtisasının III kursunda “Bitki fiziologiya”sı fənnindən “Su kulturasında ionların antoponizminin öyrənilməsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dekan prof.İ.Alverdiyev, dekan müavini fəxri prof.M.Həsənov və dos. Z.İsmayılova iştirak etdilər. Dərsdə müəllimə müxtəlif duzların bitki orqanizmində gedən böyümə və inkişaf proseslərinə göstərdiyi təsiri müəyyən etmək üçün K2SO4, MgSO4 duzlarından, həmçinin dənli bitkilərin cücərmiş toxumlarından istifadə etdi. Üç variantda həyata keçirilmiş təcrübədə K və Mg ionları arasındakı antoqonizm hadisəsinə əsasən bitkilər ayrı-ayrı duz məhlulunda zəif, qarışıq duz məhlulunda normal şəkildə inkişaf etdikləri müşahidə edildi. Dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.