Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi ilə tanış olmaq üçün Gəncə Dövlət Universiteti Botanika kafedrasının əməkdaşları AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzov, prof.Aynur Bayramova, prof.Mirzə Həsənov, dosentlər: Zilxumar İsmayılova, Zərifə Tağıyeva, Ramidə Quliyeva və Türkiyənin 9 Eylul Universiteti bioloji bölümündən prof.dr.Kerem Canlı, dos.doktor Ergin Şahin, Şəmkir, Gədəbəy, Narzan şəlaləsi istiqamətində elmi ekspedisiyada olmuşlar. Ekspedisiya universitetin Türkiyə Respublikası-İzmir şəhəri 9 Eylul Universiteti ilə 2-li diplom layihəsi çərçivəsində aparılmışdır. Ekspedisiyada bölgənin bioloji müxtəlifliyinin müqayisəli təhlili aparılmışdır. Gələcəkdə bu istiqamətlərdə tədqiqatların aparılması qərara alınmışdır.