fakültənin ƏMƏKDAŞLARIndan prof.V.Məmmədova və dos.Y.Aslanova DOKUZ EYLÜL UNİVERSİTETİNDƏ ELMİ TƏCRÜBƏ MÜBADİLƏSİNDƏ

21 may 2023-cü il tarixində Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri prof. Vəfa Məmmədova və fakültənin  humanitar məsələlər üzrə dekan müavini, Botanika kafedrasının dosenti Yeganə Aslanova ikili diplom lahiyəsi çərçivəsində  “Müəllimlərin təcrübə mübadiləsi” proqramı üzrə 9 Eylül Universitetinə ezam olunublar. 22 may 2023-cü il tarixində adları qeyd olunan əməkdaşlar Fənn fakültəsinin dekanı prof. Aylin Alın, dekan müavinləri prof. Nalan Demir və dos. Mine Antep, Biologiya bölümünün rəhbəri prof. Çetin Ilgaz, Zoologiya kafedrasının müdiri prof. Yusuf Kumlutaş, Botanika kafedrasının müdiri prof. İsa Gökler ilə görüşdülər.  Fakültənin və kafedraların iş prinsipləri ilə tanış oldular.

 23 may prof. Çetin Ilgaz və dos. Kamil Candan Zoologiya, Botanika, Mikrobiologiya, Anatomiya və Histologiya üzrə Araşdırma laboratoriyaları ilə əməkdaşları tanış etdilər. Həmçinin Heyvan kolleksiyası və herbarı fondu ilə tanışlıq oldu.