DOKUZ EYLÜL UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI tələbələrə müasir məlumatlar əsasında dərs keçdilər

Təcrübə mübadiləsi proqramının tələblərinə uyğun olaraq prof.Kərəm Canlı və dosent doktor Ergin Şahin fakültənin ixtisas kafedraları ilə tanış oldular. 23.05.23-cü il tarixdə prof.Kərəm Canlı “Prokariot orqanizmlər” və 24.05.23-cü il tarixdə isə doktor dosent Ergin Şahin “Viruslar və bioekoloji xüsusiyyətləri” mövzularında “Biologiya” ixtisasının tələbələrinə mühazirə keçdilər.