DOKUZ EYLÜL UNİVERSİTETİ-elmi araşdırmalar üçün ekspedisiya

Tədris məsələlərinin öyrənilməsi və müvafiq təcrübə mübadiləsinin aparılma zərurəti ilə əlaqədar Türkiyə Respublikasının-İzmir Dokuz Eylül Universiteti ilə Gəncə Dövlət Universitetinin qarşılıqlı təcrübə mübadiləsi davam edir. Professor Bayramova Aynur Akif qızı və dosent Rüstəmova Tükəzban Vaqif  qızı İzmir Dokuz Eylül Universitetinin tələbələri ilə “İzmir Karagöl Dövlət Təbiət Qoruğunda” ekspedisiyada olmuşlar.