FAKÜLTƏNİN ƏMƏKDAŞLARINDAN PROF.A.Bayramova VƏ DOS.T.Rüstəmova DOKUZ EYLÜL UNİVERSİTETİNDƏ ELMİ TƏCRÜBƏ MÜBADİLƏSİNDƏ

9 iyun 2023-cü il tarixində Botanika kafedrasının professoru Bayramova Aynur Akif qızı və Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif  qızı ikili diplom lahiyəsi çərçivəsində  “Müəllimlərin təcrübə mübadiləsi” proqramı üzrə 9 Eylül Universitetinə ezam olunublar. Adları qeyd olunan əməkdaşlar Fənn fakültəsinin dekanı prof. Aylin Alın, dekan müavinləri prof. Nalan Demir, professor Kərəm Canlı və Zoologiya bölümünün müdiri prof. Yusuf Kumlutaş ilə görüşdülər.  Fakültənin və kafedraların iş prinsipləri ilə tanış oldular.