AMEA-NIN MÜXBİR ÜZVÜ, PROFESSOR nOVRUZOV vAQİF sEYFƏDDİN OĞLUNUN 80 YAŞI TAMAM OLUR! təbrik edirik!

  Əməkdar elm xadimi, Botanika kafedrasının müdiri­, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vaqif Novruzovun 80 yaşı tamam olur.

  22 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 2017-ci ildə “Botanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 oktyabr tarixli Sərəncamı ilə professor Vaqif Novruzov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Tərəqqi” medalı ilə təltif edilib. 

   AMEA-nın müxbir üzvü V.Nоvruzоv 45 il ərzində Аrktikаdаn tutmuş, Оrtа Аsiyа səhrаlаrınа qədər, Mərkəzi Аvrоpа, Аsiyа mеşələrini, Qаfqаz, Urаl, Хibin, Mərkəzi Kоpеtdаq, Tyаn-Şаn, Ukrаynаnın Kаrpаt, Pаmir, Alp, Qаfqаz dаğ sistеmlərində təşkil оlunmuş еlmi еkspеdisiyаlаrdа iştirаk еdərək, bitki örtüyünün yаyılmа qаnunаuyğunluqlаrını və növəmələgəlmə prоsеslərinə dаir qiymətli еlmi dəlillər tоplаmışdır. V.S.Novruzovun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 nəfər elmlər, 23 nəfər fəlsəfə doktoru hazırlanmışdır.

 14 ildən artıq Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası “Biologiya və kənd təsərrüfatı elmləri üzrə” Ekspert şurasının, Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Botanika bölməsinin üzvü olmuşdur.

   Hazırda AMEA-nın Gəncə Bölməsinin “Xəbərlər”, Gəncə Dövlət Universitetinin “Xəbərlər” jurnallarının redaksiya heyətinin, AR ETN Botanika İnstitutu Dissertasiya Şurasının üzvü, Azərbaycan Botaniklər cəmiyyətinin vitse-prezidentidir.

      Fakültə kollektivi adından tanınmış alim, akademik Vaqif Novruzovu 80 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!