19-26 iyun 2023-cü il tarixində Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova, Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosentləri Güləbatın Hümbətova və Lalə Abdullayeva Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən elmi seminarda iştirak etmişlər. Burada əməkdaşlar çox aktual məsələlərə toxunaraq məruzələr etdilər. Xüsusən, professor Sevda Əhmədovanın “İşğaldan azad olunmuş ərazilərin ekoloji durumu” adlı məruzəsi böyük maraq doğurdu.
Seminarın ikinci hissəsi Düşənbə və onun ətrafının botaniki əraziləri ilə (Botanika institutu, Botanika bağı, Varzob dağlı-botaniki “Kondara” adlı stansiya, şəhırin muzeyi) tanışlıq idi. Axırıncı gün seminar iştirakçılarını yüksək başı qarlı dağlarda, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən “Siyakuh” adlı bioloji stansiyaya səyahət ediblər. Daha sonra Universitetimizin alimləri Düşənbə şəhərində yerləşən böyük elektron kitabxanada olmuş və ondan bəhrələnmişdir.
Sonda ölkənin Milli Elmlər Akademiyasının Prezitenti təbrik sözü ilə çıxış edərək seminar iştirakçılarına təşəkkürünü bildirib. Sertifikatları təqdim etdi və professor Sevda Əhmədova Azərbaycan deleqaysiyasının rəhbəri olaraq çıxış sözü ilə univetsitetimizin hörmətli rektoru professor Yusif Yusibovun salamlarını çatdıraraq, hər il universitetimizdə keçirilən möhtəşəm Beynalxalq konfransımıza başda Akademiyanın Prezitenti olmaqla hər kəsi konfransda iştirak etməyə dəvət edib.