13 oktyabr 2023-cü il tarixdə saat 1100-da Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu.
1. İxtisas kafedralarında 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti, 2. Kredit borcu olan tələbələr ilə aparılan işlər, 3. Buraxılış işi və magistr dissertasiya mövzularının müzakirəsi, təsdiqə təqdim olunması, 4. Növbəti akkreditasiyaya hazırlıqla əlaqədar olaraq bütün sahələr üzrə sənədlərin tərtibatı və icrasında təlimatı tələblərin gözlənilməsi üçün fakültə kollektivi qarşısında duran vəzifələr, vaxtaşırı tədrisdə keyfiyyətin təminatı mərkəzinə məlumatın verilməsi, 5. Fakültədə monitorinqin aparılması və nəticələri, təkliflər, 6. Fakültədə tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında 2023-2024-cü tədris ilinin payız semestrində dərs deyən müəllimlərin əməyinin stimullaşdırılması, 7.Prof.müəllim heyətinin seçkisi, 8. Cari məslələr