Kimya kafedrasının dosenti Mehdiyeva Samirə Tofiq qızının Kimya və biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Aromatik aminlər” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof. İ.Alverdiyev, dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri dosent A.Məmmədova iştirak emişlər. Dərs mövzuya dair plan və təlim nəticələrinin təqdim olunması ilə başladı. Dərsdə Aromatik aminlərin alınması, kimyəvi xassələri, tətbiq sahələri, arimatik və alifatik aminlərin əsasi xassələrinin müqayisəli izahı verildi. Aşıq dərs aromatik aminlərin tətbiq sahələrinə aid qısa müddətli videoçarxın nümayiş etdirilməsi və mövzuya aid yoxlama testlərin verilməsi ilə yekunlaşdı.