Kimya kafedrasının müəllimi Günel Samir qızı Zeynalovanın Kimya ixtisasının IV kurs tələbələrinə Kompleks birləşmələr fənnindən “Metal komplekslərinin alınması” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə kafedra müdiri dosent A.Məmmədova, dos.əv.P.Hüseynova, k.ü.f.d A.Həsənova, b/m. S.Zeynalova iştirak etdilər. Açıq dərs müəllimin auditoriyanı mövzuya dair sual-cavab etməsi ilə başladı. Sonra tələbələr növbəli şəkildə metal komplekslərinin alınmasını lövhədə müxtəlif reaksiyaları misal göstərməklə nəzəri cəhətdən əsaslandırdılar. Daha sonra qeyd olunan məsələlər hər biri təcrübi olaraq ayrı-ayrı kiçik qruplar tərəfindən yerinə yetirilərək nümayiş etdirildi və nəticələr laboratoriya dəftərinə qeyd edildi.