BAŞ MÜƏLLİM İSMAYILZADƏ NATİQƏ NAMİQ QIZI
Qısa bioqrafik məlumat:
İsmayılzadə Natiqə Namiq qızı, 1979-cu il oktyabr ayının 16-da Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
Təhsili: 1997-ci ildə Gəncə şəhəri 4 saylı orta məktəbi bitirib.
2001- ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Agronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2001 – 2003 – cü ilə qədər Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Bitkiçilik” ixtisasında magistraturanı fərqlənmə diplomu ilə bitirib.
Elmi dərəcəsi: 2018-ci ildə “Gəncə-Qazax bölgəsində texnogen çirklənmə şəraitində davamlı bitkilərin bioekoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru adı alıb.
Əmək fəaliyyəti: 2004-2009-cu illərdə Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında müəllim,
2009-cu ildən hal-hazıradək isə həmin kafedrada baş müəllim vəzifəsində çalışır.
Təltifləri: üç sertifikat
Tədqiqat sahəsi: Ekologiya, torpaqşünaslıq
Elmi əsərləri: 30 yaxın elmi əsərin müəllifidir
Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı:
Bir Beynəlxalq simpoziumda iştirak edib
Dil bilgisi:
Rus (əla)
İngilis (yaxşı)
Türk (əla)
Partiyalığı: YAP