AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və ARETN Molekulyar Biologiya və Biotexnologiya İnstitunun birgə təşkilatçılığı ilə 14-15 oktyabr 2024-cü il tarixlərdə “İqlim dəyişikliyi və ekosistemlərin davamlılığı: Təhidlər, Cağırışlar, Həllər” mövzusunda elmi sessiya keçirilmişdir.
Sesiyanı giriş sözü ilə AMEA-nın prezidenti,akademik İsa Həbibbəyli açmış, AMEA-nın vitse-prezidenti, ARETN Molekulyar Biologiya və Biotexnologiya İnstitunun baş direktoru,akademik İradə xanım Hüseynova “Qlobal iqlim dəyişiklikləri dövründə davamlı inkişaf naminə qlobal və milli cağırışlar” mövzusunda geniş məruzə ilə çıxış etmis və sesiyanın bütün işində sədrlik etmişdir. Məruzələr torpaqşınaslıq, su ehtiyatları, flora və fauna biomüxtəlifliyi, karpon emissiyası,insan sağlamlığı, ərzaq təhlükəsizliyi, Xəzər problemləri, İqlim dəyişikliyi və ekosistemlərin davamlılığı məsələləri əhatə etmişdir. 20-ə qədər məruzə dinlənilmişdir. Sessiya bütövlükdə “Yaşıl dünya naminə həmrəylik ilinin” tələbləri səviyyəsidə keçmişdir. Bütövlükdə sessiyanın işini qənaətbəxş hesab edilir.
Sessiyanda AMEA-müxbir üzvü, prof.Vaqif Novruzov ”Gəncəbasar bölgəsində ekosistemlərin biomüxtəlifliyinin dayanıqlığının qiymətləndirilməsi “ mövzusunda məruzəsi ilə əlaqədar aşağıdakıları tövsiyə etmişdir.
1. Zəngin tarixi memarlıq və arxeloji abidələri ilə zəngin Qazax rayonu ərazisindəki Avey Dövlət Tarix mədəniyyət qoruğundakı 2 min il tarixə malik qədim daş dövrünün yadigarı möcüzəli Damcılı mağarası və Gədəbəy rayonu ərazisində Haçaqaya dağında yerləşən Şır-Şır şəlaləsi COP29 gələn qonaqlar üçün ekskursiya marşurutu hesab oluna bilər.Hər iki ərazinin flora və faunasına iqlim dəyikliyinin təsiri aydın müşahidə olunur.
2. Damcili mağarasının tavanından sallanan Adiantum capillus-venereis L.(Zöhrə darağı) növünün Azərbaycanın növbəti “Qırmızı kitab”larına daxil edilməsi məqsədəuyğundur.
3. Qarabağın “Qırmızı kitabının” hazırlanması tövsiyyə olunur.