11 oktyabr 2024-cü il tarixində Kimya-biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. İxtisas kafedralarında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti. 2. Kredit borcu olan tələbələr ilə aparılan işlər. 3. Buraxılış işi və magistr dissertasiya mövzularının müzakirəsi, təsdiqə təqdim olunması. 4.Fakültədə tədris olunan fənlərə aid təlim nəticələrindən istifadə, təhsil proqramı nəticələrinə uyğunluğu, işçi tədris proqramlarının (sillabus) yenilənməsi və s. haqqında monitorinq və qiymətləndirmə komissiyasının apardığı işlər. 5.Fakültədə monitorinqin aparılması və nəticələri, təkliflər. 6. Kimya-biologiya fakültəsinin elmi pedaqoji heyətinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2 may 2024-cü il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə uyğun olaraq təsnifata 2026-2027-ci tədris ilindən etibarən yeni “Biotexnologiya” ixtisasının əlavə olunması barədə universitetin rektorluğuna rəsmi müraciətin müzakirəsi. 7. Prof.müəllim heyətinin seçkisi. 8. Cari məslələr