Kimya kafedrasının əməkdaşı baş müəllim Sevinc Vilayət qızı Zeynalovanın Biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Biokimya fənnindən “Vitaminlərin təsnifatı və nomenklaturası” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı prof.İ.Alverdiyev, kafedra müdiri dos. A.Məmmədova, k.ü.f.d., b.m. V.Abbasova, k.ü.f.d., m. G.Zeynalova, b/m.L.Namazova, b/lab. A.Bayramova iştirak etmişlər.
Açıq dərs vitaminlərin hüceyrənin normal həyat fəaliyyətindəki mühüm rolları haqqında məlumat verməklə başladı. Sonra vitaminlər bioloji rolları, tərkibi, təsnifatı aydın şəkildə müxtəlif slaydlar üzərində izah edildi. Eyni zamanda orqanizmdə hansı vitamin çatışmadıqda hansı əlamətlərlə müşahidə olunur, bu prosesin baş vermə mexanizminin nəzəri izahı tələbələrin diqqətinə çatdırıldı. Auditoriya verilmiş məlumatları yüksək aktivliklə qarşılayaraq b/m S.Zeynalova ilə fikir mübadiləsi yürütdü. Ümumilikdə dərs yüksək səviyyədə interaktiv metodla yerinə yetirildi.