açıq dərs

Kimya kafedranın əməkdaşı professor Tağı İbrahim oğlu Tağıyevin Kimya və biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə Ümumi kimyanın tədrisi metodikası fənnindən “Kimyanın tədrisində tətbiq edilən təlim üsulları” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Azad Həmkarlar Komitəsinin sədri b.ü.f.d. A.Qasımova, kafedra müdiri dos. A.Məmmədova, dos. S.Mehdiyeva, b/m. F.Məmmədova, m. F.Əlizadə iştirak etmişdir.

Müəllim prof. T.Tağıyev açıq dərsdə kimyanın tədrisi zamanı tətbiq olunan təlim üsullarının müqayisəli təhlilini  verməklə yanaşı, son dövrlər daha çox istifadə olunan interaktiv təlim metodunun üstün və çatışmayan cəhətlərini sadalayaraq misallar üzrə geniş izahlar verdi. Dərsin sonunda tələbələrə mövzuya aid test nümunələri təqdim etdirilərək dərsin mənimsəmə  dərəcəsi yoxlanıldı.