Tyutorlar
Əbilova Günəş Fətiağa qızı

Əbilova Günəş Fətiağa qızı 13 fevral 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə ADAU-nun İstehlak mallarının keyfiyyət Ekspertizası ixtisasına qəbul edilib. 2002-ci ildə həmin ixtisası bitirib. 2003-cü ildə həmin ixtisasın magistraturasına qəbul olunub. 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə ADAU-nun Ekologiya ixtisası üzrə əyani Aspiranturaya qəbul olunub. 09.03.2006-cı ildən Gəncə Dövlət Universiteti Tədris metodik şöbəyə inspektor təyin olunmuşdur. 12.09.2022-ci ildən Kimya və biologiya fakültəsində tyutor vəzifəsində çalışır.
Sarıyeva Günel İdris qızı

Sarıyeva Günel İdris qızı 24 mart 1982-ci ildə Şəmkir rayonunda anadan olub. 2001-ci ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Biologiya ixtisasina qəbul olub. 2006-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2018-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində operator işləyib. 2021-ci ildə ADAU-nun Aqrogeobotanika ixtisasına qəbul olub, 2023-cü ildə həmin ixtisasın məzunu olub. 2023-cü ildə GDU-nun Botanika kafedrasında laborant işləyib. 2024-cü ildən isə Kimya və biologiya fakültəsində tyutor vəzifəsində çalışır.
Məmmədova Elvina Eldəniz qızı

Məmmədova Elvina Eldəniz qızı 11 dekabr 1996-cı ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. 2015-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya ixtisasına qəbul olub 2019-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura pilləsinin Ətraf mühitin mühafizə metodları və bərpası ixtisası üzrə qəbul olub 2024-cü ildə həmin ixtisası bitirib. 2024-cü ildən isə Kimya və biologiya fakültəsində tyutor vəzifəsində çalışır.
