dosent (attestatsız) ABDULLAYEVA LALƏ RƏŞİD QIZI

QISA BiOQRAFiK MƏLUMAT
1975-ci ildə fevral ayının 14-də Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 1982-ci ildə Gəncə şəhəri N. Krupskaya adına 4 saylı orta məktəbə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə ADAU-nin “Baytarlıq təbabəti” fakültəsinə daxil olub və 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsil: Tam ali
Elmi dərəcəsi və adları: 2011-ci ildə Azərbaycan Elmi Tədqiqat İpəkçilik institunda doktoranturanın qiyabi şöbəsinə daxil olmuşdur. L.R.Abdullayeva “Azərbaycanda yerli tut sortları yarpağinin introduksiya edilmiş tut ipəkqurdu (bombyx mori l.) cinslərinin məhsuldarliq göstəricilərinin keyfiyyətcə yaxşilaşdirilmasina təsiri” mövzusunda dissertasiya işi üzərində işləmiş və tamamlamışdır. Müdafiə etmişdir və 2017-ci ildən fəlsəfə doktoru adı almışdır. 2022-ci ildən GDU-nin dosentidir (attestatsız).
ƏMƏK FƏALİYYƏTİ

Abdullayeva Lalə Rəşid qızı 1997-ci ildə Gəncə Dövlət Universitenin “Anatomiya, fiziologiya və zoologiya” kafedrasına baş laborant kimi qəbul edilmişdir. Eyni zamanda 1999-2004-cü illərdə 0,5 ştat əvəzçi müəllim kimi çalışmışdır. 2014-cü ildən həmin kafedrada müəllim, 2018-ci ildən həmin kafedrada baş müəllim, 2022-ci ildən həmin kafedrada dosent (attestatsız) vəzifəsində çalışır. Tədrıs etdiyi fənlər-Onurğalılar zoologiyası, Onurğasızlar zoologiyası, Ali məməlilər, Azərbaycan faunası.
L.R. Abdullayeva işinə məsuliyyətlə yanaşan, qabiliyyətli və nizam-intizamlı müəllimdir. Fəaliyyət göstərdiyi kafedrada tədris prosesinin təşkilində, universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir. Mühazirə mövzularını müasir məlumatlar əsasında tərtib edərək, elmi yenilikləri daima tələbələrə çatdırmağa çalışır.
Təltifləri: 2/136 sayylı əmri ilə 27.09.2017-ci il tarixidə “Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Fəxri Fərman”–la qiiymətləndirilmişdir.
Tədqiqat sahəsi: Biologiya, Zoologiya
Elmi əsərləri: 30-dan çox elmi məqalələr və konfrans materiallarının müəllifidir. Məqalələri respublikamızda və xaricdə nəşr olunmuşdur. “Onurğasızlar zoologiyasından laboratoriya məşğələləri” adlı dərs vəsaitinin həmmüəlifidir.
Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı: 1.Интродукция, сохранение и использование биологического разнообразования культурных растений. Mеждународная научно-методическая конференция 9-13 июня, Махачкала, 2014 2. Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri. // Beynəlxalq elmi-praktik konfrans. 22-24 sentyabr 2014. Gəncə 3. müasir biologiya və kimyanin aktual problemləri. (Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Konfrans, 05-06 may 2015-ci il. Gəncə 4. müasir biologiya və kimyanin aktual problemləri. Beynəlxalq elmi-praktik konfrans. Gəncə, 12-13 may, 2016. 5. SİAB Beynəlxalq elmi-praktik konfrans, Belarusiya.Minsk, 05-08 iyul, 2017. 5. SİAB Beynəlxalq elmi-praktik konfrans, Ukrayna, Kiyev, 03-06 iyul, 2018 . 6. Adau-nin akademik c.ə.əliyev və bioloji müxtəlifliyin genetik ehtiyyatlari. C.Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika Elmi-praktik konfransı Gəncə,30.11.2018. 7. Пространственно-временные аспекты функционирования биосистем. Международная научная экологическая конференция посвященной памяти А.В.Присного. Белгород, 24-26 ноября, 2020 8. 1-st İnternational symposium on regent advances in fundamental and applied sciences (isfas-2021) Atatürk University, Erzurum, Turkey. 10-12 semptenber.
Dil bilgisi: Azərbaycan, rus, inilis (lüğətlə) dilləri
Partiyalığı: YAP