Baş müəllim Hacıyeva Şəlalə Zabir qızı

QISA BİOQRAFİK MƏLUMAT
1973-cü ildə oktyabr ayının 7-də Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 1980-ci ildə Gəncə şəhəri N. Nərimanov adına 25 saylı orta məktəbə daxil olub, 1990-cı ildə həmin məktəbi bitirmişdir.1990-cı ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun “Biologiya əlavə kimya” fakültəsinə daxil olub və 1995-ci ildə həmin fakültəni adi diplom ilə bitirmişdir.
Təhsil: Tam ali
Elmi dərəcəsi və adları: yoxdur
ƏMƏK FƏALİYYƏTİ
Hacıyeva Şəlalə Zabir qızı 1995-ci ildə Gəncə Dövlət Universitenin “Pedaqogika” kafedrasına baş laborant kimi qəbul edilmişdir. Eyni zamanda 1998-2022-ci illərdə Anatomiya, fiziologiya və zoologiya kafedrasında baş laborant və 0,5 ştat əvəzçi müəllim çalışmışdır. 2003-cü ildən həmin kafedrada müəllim, 2005-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışır. Tədrıs etdiyi fənlər – Onurğalılar zoologiyası, Onurğasızlar zoologiyası, Ali məməlilər, Azərbaycan faunası, Təkamül təlimi və İxtiologiya
Ş.Z.Hacıyeva işinə daima məsuliyyətlə yanaşan, qabiliyyətli və nizam-intizamlı müəllimdir. Fəaliyyət göstərdiyi kafedrada tədris prosesinin təşkilində, universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir. Mühazirə mövzularını müasir məlumatlar əsasında tərtib edərək, elmi yenilikləri daima tələbələrə çatdırmağa çalışır.

Təltifləri:
Tədqiqat sahəsi: Biologiya, Zoologiya
Elmi əsərləri: 37-dən çox elmi məqalələr və konfrans materiallarının müəllifidir. Məqalələri respublikamızda və xaricdə nəşr olunmuşdur. “Heyvan ekologiyası” adlı dərs vəsaitinin həmmüəlifidir.
Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı : 1. Korçay Dövlət Qoruğunun torpaq infuzorlarının fəsil dəyişkənliyi. GDU Beynəlxalq Elmi konfrans. Müasir təbiət elmlərinin aktual problemləri. 05.05.2017., 2. Korçay Dövlət Qoruğunda sarnomostiqoforların öyrənilməsi. GDU Elmi xəbərlər. Gəncə 2017, seriya 3. 3. Azərbaycanın iqlimləşdirilmiş balıqları. GDU Beynəlxalq Elmi konfrans. Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri. Gəncə 2018
Dil bilgisi: Azərbaycan, rus, inilis (lüğətlə) dilləri
Partiyalığı: 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.