Sarıyeva Günel İdris qızı

Sarıyeva Ginel İdris qızı 24 mart 1982-ci ildə Şəmkir rayonu Bayramlı kəndində anadan olub. 2001-ci ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Biologiya ixtisasına (Qiyabi təhsil üzrə) qəbul olmuş, 2006-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildən Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində Operator işləmişdir. 2021-ildə ADAU-nun Aqrogeobotanika ixtisasının Magistraturasına qəbul olmuş və 2023-cü ildə mudafiə edib məzun olmuşdur.
Hal-hazırda Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində V kurs tələbələrinə akademik məsləhətçi kimi fəaliyyət göstərir.
