BAŞ MÜƏLLİM BAYRAMOVA KÖNUL ŞAİQ QIZI

QISA BİOQRAFİK MƏLUMAT
29 noyabr 1978-ci ildə Azərbaycan Respublikası Ağstafa rayonunda anadan olmuşdur. Ailəlidir, 4 övladı var. 2015- ci ildən YAP-ın üzvüdür.
1996-cı ildə H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstituta “Biologiya- kimya” fakültəsinə daxil olub. 2000-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildə Gəncə Dövlət Universitetini “ İnsan və heyvan fiziologiyası” ixtisası üzrə magistratura daxil olub. 2002-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən ADAU-nun doktorantura şöbəsinə qəbul olmuşdur. Hal-hazırda elmi tədqiqt işini davam etdirir.
Əmək fəaliyyəti
2002-ci ildə Gəncə Dövlət Universitetində statçı müəllim
2003-cu ildə 1 ştat üzrə müəllim
2007- ci ildə tam ştat üzrə baş müəllim
“İnsan anatomiyası”, “Sitologiya və histologiya”, “Uşaq anatomiyası, fiziologiyası və gigiyenası”, “Mərkəzi sinir sisteminin anatomiyası və fiziologiyası” fənnləri üzrə mühazirə və laboratoriya dərsləri aparır.Elmi fəaliyyət: Azərbaycanın Qərb bölgəsində ev quşlarının bəzi helmintozları və onlara qarşı antihelmint preparatlar və dərman bitkiləri qarışıqlarının tətbiqi
Elmi əsərləri- 45-dən artıq elmi məqalələr və konfrans materialları
Beynəlxalq və respublika simpozium konfranslarda iştirakı
1. 2007- ci il tarixində ”Biokimyəvi nəzəriyyələrin aktual problemləri” mövzusunda elmi praktik konfransda,
2. 25-27 noyabr 2011- ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Dövlət Universiteti “Biokimyəvi nəzəriyylərin” aktual problemləri II Beynəlxalq elmi konfransda,
3. 12-13 may 2016 – cı il Gəncə Dövlət Universitetinin “Müasir kimya və biologiyanın aktual problemləri” belnəlxalq elmi konfransda,
4. 5-8 iyul 2017 – ci ildə Belarusyada Avrasiya biomüxtəlifliyi beynəlxalq simpoziumunda,
5. 4-5 may 2017- ci il Gəncə Dövlət Universitetinin “Müasir təbiət elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransında,
6. 3-6 iyul 2018- ci ildə Ukranyada keçirilən Avrasiya biomüxtəlifliyi beynəlxalq simpoziumunda,
7. 3-4 may 2019 – cu ildə Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransında,
8. 2022- ci ildə Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransında,
9. 4 may 2022 – ci ildə Odlar Yurdu Universitetinin Doktorant və Gənc tədqiqatçıların Respublika elmi- praktik konfransında,
10. 19-20 aprel 2023 –cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Qeyri-Neft Sektoru və Qlobal Ərzaq Təhlükəzliyi Problemləri” beynalxalq elmi-praktik konfransında,
11. 24-25 may 2023 – cü ildə Bakı Dövlət Universiteti” Biologiyanın aktual problemləri, Davamlı inkişaf kontekstində” Respublika elmi-praktik konfransında iştirak etmişdir və sertifkatlarla təltif olunmuşdur.