Allah rəhmət eləsin!
Biologiya-kimya fakültəsinin kollektivinə və tələbələrinə ağır itki üz vermişdir. Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Yelmar Nəsibli avtomobil qəzasında həlak olmuşdur.
Biologiya-kimya fakültəsinin kollektivinə və tələbələrinə ağır itki üz vermişdir. Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Yelmar Nəsibli avtomobil qəzasında həlak olmuşdur.
Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor S.Z.Əhmədova və əməkdaşları tərəfindən 25.05.2018 – ci il tarixində “Gəncə və Gəncə ətrafı ərazilərin texnogen çirklənmə şəraitinin öyrənilməsi” problemi üzrə üç istiqamətdə tədqiqat işi aparmışlar. Tədqiqatın mövzusu: “Gəncə ətrafının texnogen çirklənmiş ərazilərinin flora tərkibinin bioekoloji təhlili” Problem:”Gəncə və Gəncə ətrafının texnogen çirklənmiş ərazilərinin torpaq tərkibinin təhlili” “Çirklənmiş ərazilərin […]
25 may 2018-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər Rektorluğun yaz imtahan sesiyasının mütəşəkkil keçirilməsinə dair verdiyi əmrinin tələblərinə əsasən fakültə dekanlığı və ixtisas kafedralarında aparılan hazırlıq tədbirləri 2. İxtisaslar və kurslar üzrə 2018-2019-cu dərs ilinə aid tədris tapşırıqlarının hazırlanması dos.M.Həsənov 3.Tələbə elmi cəmiyyətinin xətti ilə görülən işlər Yaz […]
Gəncə ş. İcra Hakimiyyətinin, Gəncə Gənclər evinin dəstəyi, Gəncə ş. Gənclər və İdman baş idarəsinin və Gəncə Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Gəncə Gənclər Debat Forumu Yaz 2018 uğurla yekunlaşdı. Fakültəmizin tələbələrindən Mirzəyeva Nərgiz, Allahverdiyeva Zülfiyyə, Əliyeva Səriyyə və Rzayeva Təranə fəal gənclərdən olmuşlar. Belə ki, Gəncə Regional Debat Mərkəzi tərəfindən Allahverdiyeva Zülfiyyə […]
Universitetin tematik planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genofondunun mühafizəsi” problemi üzrə elmi-tədqiqat işlərinin aparılması məqsədilə 23.05.2018-ci il tarixdə Botanika kafedrasının professor-müəllim, doktorant, dissertant və magistrlərin (30 nəfər) Gəncə, Daşkəsən, Xoşbulaq marşurutu üzrə elmi ekspedisiyada olmuşlar. Qoşqar dağ sistemi, Qoşqarçay hövzəsində müxtəlif bitkilik tipləri tədqiq olunmuş, fitosenoloji müşahidələr aparılmış, tədris […]
Kimya müəllimliyi ixtisasının III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Naftalin, xassələri” mövzusunda laboratoriyadan açıq dərs keçirildi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, dos.A.Məmmədova, dos.M.Vəliyev, dos.N.Ələkbərov iştirak etmişlər. Dərsdə bəzi fiziki, kimyəvi xassələrə aid təcrübə işləri aparılmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının əməkdaşları dos.M.T.Qazıyev, doktorant F.F.Ələkbərov 10-16 may 2018-ci il tarixlərdə Düşənbə şəhərində keçirilən “Bioloji müxtəlifliyin öyrənilməsinə həsr olunmuş” Beynəlxalq seminarda iştirak etmişlər. Dos.M.Qazıyev Respublikanın nümayəndə heyəti adından seminar iştirakçılarını salamlamışdır. Beynəlxalq seminar Tacikistan Respublikası Elmlər Akademiyasının Sədrliyi ilə aparılmışdır. Bölmə iclaslarında dos.M.Qazıyev “Gəncə-Qazax bölgəsində alaq […]