Universitetin tematik planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genofondunun mühafizəsi” problemi üzrə elmi-tədqiqat işlərinin aparılması məqsədilə 23.05.2018-ci il tarixdə Botanika kafedrasının professor-müəllim, doktorant, dissertant və magistrlərin (30 nəfər) Gəncə, Daşkəsən, Xoşbulaq marşurutu üzrə elmi ekspedisiyada olmuşlar.
Qoşqar dağ sistemi, Qoşqarçay hövzəsində müxtəlif bitkilik tipləri tədqiq olunmuş, fitosenoloji müşahidələr aparılmış, tədris prosesi üçün herbari toplanmışdır.