Microsoft Teams platformasında onlayn görüş

27 noyabr 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsində professor-müəllim heyəti və tələbələr arasında Microsoft Teams platformasında onlayn görüş keçirildi. Keçirilən bu tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, “AMEA”-nın müxbir üzvi , professor Vaqif Novruzov, Dos.Yeganə Aslanova, Dos.Aynur Məmmədova iştirak etdi. Baş tutan onlayn görüşdə “Şuşanın işğaldan azad […]

Davamı

ALLAH RƏHMƏT ELƏSİN!

Botanika kafedrasının müəllimi, Biologiya-kimya fakültəsinin dekan müavini dosent Qazıyev Məhəmmədiyyə Tacəddin oğlu 15.09.2020-ci il tarixdə saat 1615 -də dünyasını dəyişdi. Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinə, professor-müəllim heyətinə, böyük tələbə ordusuna ağır itki üz verdi. Fakültənin kollektivi adından mərhumun ailəsinə, yeganə övladı qızına, nəvələrinə, oğul əvəzi kürəkəninə, bütün qohumlarına baş sağlığı veririk, səbr diləyirik. Qəbri nurla […]

Davamı

allah rəhmət eləsin!

Dosent Rüstəmov Adil Musa oğlunun fakültənin qazandığı müsbət ənənələrin davam etdirilməsində xüsusi xidmətləri olmuşdur. Tələbələri ondan elmlə yanaşı qayğıkeşlik və təşəbbüskarlıq öyrənmişlər. Adil müəllim yaradıcı insan kimi onu tanıyanların qəlbində daima yaşayacaqdır!

Davamı

31 mart soyqırımı

Mart soyqırımı-1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin […]

Davamı

KORÇAY DÖVLƏT TƏBİƏT QORUĞUNDA NÖVBƏTİ ELMİ EKSPEDİSİYA

     Azərbaycanın “Qırmızıkitabı”-nın   III nəşrinə hazırlıqla əlaqədar Korçay Dövlət Qoruğunda məhdud areala malik növlərin müəyyənləşdirilməsi və taksonomik statuslarının dəqiqləşdirilməsi məqsədilə qoruq ərazisində  elmi ekspedisiya təşkil olunmuşdur. Ekspedisiyada Gəncə Dövlət Universiteti Botanika kafdrasının müdiri, AMEA-nın müxbir üzvü prof.Vaqif Novruzov, dos.Zilxumar İsmayılova, dissertantlar Fidan İsayeva, Gülnar Quliyeva, Elanora Cavadova, Fədai Mustafayev, Korçay qoruğunun elmi işçiləri Əsli Cabbarova, Bəxtiyar […]

Davamı

botanika kafedrasının dosenti aynur bayramovanın “Yosunların morfoloji quruluşu. Göy-yaşıl yosunlar” mövzusunda açıq dərsi keçirildi.

         Açıq dərsdə AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov, dos. Zilxumar İsmayılova, dos. Murad Vəliyev, Botanika kefedrasının dosenti Mirzə Həsənov, b/l. Nərgiz Fətəliyeva və başqaları iştirak etdilər. Dərsin başlanğıcında Aynur Bayramova Xocalı soyqırımına aid çıxış etdi və bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Sonra isə dərs davam etdirildi. Dərs əyani vəsaitlərlə zəngin idi.

Davamı

Biologiya-kimya fakültəsində “Xocalı soyqırımı” ilə bağlı tədbir keçirildi

Tədbirdə universitetin Humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva Xocalı faciəsi haqqında çıxış edərək bildirdi ki, bu faciə xalqımızın tarixinə yazılmış ən ağrılı, acılı, unudulmaz bir gündür. Çünki bu tarixdə günahsız insanların vəhşicəsinə öldürülməsi, amansızcasına qırılması, insanlığa edilən ən böyük zülm və haqsızlıqdır. Xocalıdan sağ qalan sakinlərin də bu faciə haqqında çıxışları dinləyənləri qəhərə boğdu.

Davamı

əsrin faciəsi-xocalı soyqırımı!

Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilmişdir. Bu zaman etnik azərbaycanlılara qarşı soyqırım baş verdi. Xocalıda dinc əhaliyə zülm edildi, qadınlar girov saxlanıldı. Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilirdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə […]

Davamı