Kateqoriya Arxivləri: Xəbərlər

Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

12 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri”  mövzusunda  beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Dahi rəhbərin  vurğuladığı “Dünyada gedən əsas tərəqqinin təməlində elm dayanır.” ifadəsini əsas tutan Universitet kollektivi elmi-tədqiqatların geniş şəkildə aparılmasına ciddi önəm verir. Bu baxımdan da digər […]

Davamı

Ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr edilmiş Ümumşəhər iməcliyi.

9 may 2016-cı il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr edilmiş Ümumşəhər iməcliyi keçirilmişdir. İməclikdə Biologiya-kimya fakültəsinin kollektivi də Nizami Gəncəvi məqbərəsi ərazisində yaşıllaşdırmada iştirak etmişlər. Əkilmiş ağaclara ilkin qulluq işləri həyata keçirilmişdir.  

Davamı

OLİMPİADADA ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İŞTİRAK ETMİŞLƏR

07 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə kimya fənni üzrə olimpiada keçirilmişdir.  Maraqlı çəhət odur ki, bu olimpiadada orta məktəb şagirdlərinin iştirakı nəzərdə tutulmuşdur. Məqsəd orta məktəblə universitetin əlaqələrini, onların universitetlə tanışlığını və məlumatlarını genişləndirmək, təhsilə maraqlarını artırmaqdır. Olimpiadanın təşkili üçün rektor professor Yusif Yusibovun […]

Davamı

Müəllim E.Ə.Hüseynovanın açıq dərsi keçirildi.

26.04.2016–cı il tarixdə kafedranın müəllimi Elnarə Əliş qızı Hüseynovanın “Biologiya müəllimliyi” ixtisası üzrə əyani şöbənin IV kurs tələbələri ilə “Fotosintez” fənnindən “Bitkilərdə yarpaq sahəsinin ölçülməsi” mövzusunda apardığı laboratoriya üzrə açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Botanika kafedrasından prof V.Novruzov, dos.Z.İsmayılova, dos.A.Bayramova, dekanlığın nümayəndələri – dekan İ.Alverdiyev, dos.M.Həsənov, dos.M.Qazıyev və Universitet monitorinq qrupunun üzvü dos. T.İsmayılov iştirak […]

Davamı

Beynəlxalq elmi konfrans

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ   Müasir kimya və biologiyanın  aktual problemləri Beynəlxalq elmi konfrans   12-13 may 2016-ci ildə Gəncə Dövlət Universiteti Müasir kimya və biologiyanın  aktual problemləri mövzusunda elmi konfrans keçirəcəkdir. Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq: Müasir biologiyanın aktual problemləri. Üzvi kimyanın aktual problemləri. Neft kimyasının nəzəri və praktik […]

Davamı

TƏDBİRƏ XOCALILAR DƏVƏT OLUNDU

”Xocalı soyqırımı”nın 24-cü ildönümü münasibətilə tədbirlər planına əsasən Universitetin bütün fakültələrində və şöbələrində Xocalı faciəsi ilə bağlı stendlər, guşələr yaradılmış, vətənpərvərlik mövzusunda bədii qiraətlər, inşa yazı müsabiqəsi, xüsusi dərs və məşğələlər keçirilmişdir. Biologiya-kimya fakültəsinin hazırladığı silsilə tədbirlərdən biri Baş binanın iclas zalında nümayiş etdirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov, Biologiya –kimya fakültəsinin […]

Davamı

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

28 yanvar 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin I tədris binasının iclas zalında Elmi Şuranın növbəti genişləndirilmiş  iclası keçirilmişdir. İclasa başlamazdan əvvəl rektor professor Yusif Yusibov Tağıyev Tağı İbrahim oğlunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Kimya kafedrasının professoru elmi adı verilməsi münasibətilə təbrik edib, ona can sağlığı və pedaqoji fəaliyyətində,  elmi tədqiqatlarında […]

Davamı

FAKÜLTƏNİN BEŞİLLİK FƏALİYYƏTİ QƏNAƏTBƏXŞ HESAB EDİLDİ

26 yanvar 2016-cı il tarixdə Biologiya-kimya fakültəsinin son beş ildəki fəaliyyəti ilə bağlı fakültənin genişləndirilmiş elmi şurası keçirilmişdir. Elmi şurada fakültənin dekanı dosent İsfəndiyar Alverdiyevin hesabatı dinlənilmişdir. Qeyd edilmişdir ki, hesabat dövründə fakültə hər sahədə ciddi inkişaf yolu keçmiş, tədrisin keyfiyyətinin müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə auditoriyaların maddi-texniki təminatı yaxşılaşdırılmış, 2 ədəd kimya, 2 ədəd […]

Davamı

KONFRANS-MÜSABİQƏ KEÇİRİLMİŞDİR

07 yanvar 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə elmi cəmiyyəti  tələbə və magistrantların konfrans-müsabiqəsini keçirmişdir.  Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə konfrans-müsabiqəni açaraq iştirakçılara uğurlar arzulamış və qeyd etmişdir ki, belə konfransların, müsabiqələrin təşkili və keçirilməsi istər-istəməz tələbə və magistrantların elmə qarşı maraqlarını artırır və onların biliklərini elmi axtarışlara yönəldir. Bu da tələbə […]

Davamı

TƏLƏBƏLƏRİN SINAQ DƏRSLƏRİ

Biologiya-kimya fakültəsinin kimya və biologiya müəllimliyi ixtisaslarının IY kurs tələbələri pedaqoji təcrübəyə olduqca məsuliyyətlə yanaşır, gələcəkdə nümunəvi müəllim olmaq üçün nəzəri biliklərini təcrübi cəhətdən yüksək səviyyədə həyata keçirməyə səy göstərirlər. Bu günlərdə biologiya ixtisası üzrə IY kurs tələbəsi Ləman Məmmədova N.Nərimanov adına 25 saylı tam orta məktəbin 10-cu sinfində “Fotosintez”, kimya müəllimliyi ixtisası üzrə IY […]

Davamı