FAKÜLTƏMİZİN TƏLƏBƏSİNİN UĞURLU DƏRSİ!

Fakültəmizin Kimya və biologiya müəllimliyi ixtisasının III kurs tələbəsi Ələkbərova Lalə Vüsal qızı Biologiyanın Tədrisi Metodikası fənnindən praktik dərs keçmişdir. “Orqanizmin daxili mühərriki” mövzusunun keçirilməsi zamanı tələbəmiz videoçarxlardan, təqdimat kağızlarından, maketlərdən və tələbələrin ürəyin quruluşunu əyani şəkildə  təsəvvür etməsi üçün  heyvan orqanından istifadə etmişdir.
Dərs fənni tədris edən müəllim Dos.əv.Günay İsfəndiyar qızı Sadıqova tərəfindən ən yüksək balla qiymətləndirilmişdir.