Təqdim olunma

03 iyun 2016-cl il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının iclas zalında fakültə dekanı, Botanika və Anatomiya, fiziologiya və zoologiya kafedralarının müdirləri təqdim olunmuşdur.

Təqdim olunmanı GDU-nun Texnika və İnnovasiyalar üzrə prorektoru dos. Pərvin Kərimzadə aparmışdır.

Tədbirdə fakültənin professor və müəllim heyəti iştirak etmişdir.

Nəticə etibarilə Biologiya və kimya fakültəsinin dekanı kimi qabaqcıl təhsil işçisi, dosent İsfəndiyar Cavid oğlu Alverdiyev, botanika kafedrasının müdiri əməkdar elm xadimi, professor Vaqif Seyfəddin oğlu Novruzov və Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri dosent Vəfa Fərman qızı Məmmədova təqdim olunmuşlar.