10.10.2016-cı il tarixdə Kimya kafedrasının baş müəllimi Alverdiyeva Firdus Hidayət qızının kimya müəllimliyi IV kurs tələbələri ilə “Həyat fəaliyyətinin kimyəvi əsasları” fənnindən “Sadə zülalların yumurta albuminin kristal halında alınması” mövzusunda laboratoriya dərsi keçirilmişdir. Dərs metodiki və praktiki baxımdan yüksək tələblərə cavab verirdi. Dərsdə nəzəriyyə ilə praktika vəhtət təşkil edirdi. Auditoriyanın təşkili və tələbələrin fəallığı tələb olunan səviyyədə idi.