18.10.2016-cı il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Hümbətova Güləbatın Vaqif qızının Kimya və biologiya müəllimliyi IV kurs tələbələri ilə Ümumi biologiya fənninndən “İrsiyyət qanunauyğunluqları və Mendelin qanunları” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə irsiyyət hadisəsi canlı orqanizmlərin ən əsas xüsusiyyətlərindən biri olduğu, irsiyyət olmadan nəslin valideynlərin davamçısı ola bilmədiyi barədə məlumat verildi. Canlı təbiətdə hər bir növdən yalnız o növə məxsus olan canlı əmələ gəldiyi, bunun əsasında irsiyyət durduğu barədə geniş məlumat verildi. Bundan başqa irsiyyət hadisəsinin bəzi qanunauyğunluqları vardır ki, bunlar da Q.Mendel (1822-1884) tərəfindən qanun şəklinə salınmışdır. Bu günki dərsdə Mendelin genetika elminə verdiyi töhvələrdən geniş söhbət açıldı.
Mendelin 3 əsas qanunu haqqında ətraflı məlumat verildi.
- Əlamətlərin eyniliyi qanunu
- Parçalanma qanunu
- Əlamətlərin sərbəst paylanması qanunu.