BOTANİKA KAFEDRASININ MÜƏLLİMİ, BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU RAMİDƏ ZAHİD QIZI QULİYEVANIN AÇIQ DƏRSİ

06.12.2016-cı il tarixində Botanika kafedrasında Biologiya müəllimliyi ixtisası üzrə I kurs tələbələrinə “Bitkilərdə metamorfoz” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə Biologiya-Kimya fakültəsinin dekanı dos. İ.Alverdiyev, Universitet monitorinq komissiyasının üzvü dos. M. Vəliyev, kafedra müdiri, prof. V.Novruzov, dos. Z.İsmayılova, lab: N.Qasımova, F.İsayeva iştirak etmişlər. Dərs elmi-metodik səviyyədə keçmiş, dərsdə texniki və əyani vasitələrdən istifadə olunmuşdur.