KİMYA KAFEDRASININ PROFESSORU TAĞI TAĞIYEVİN AÇIQ DƏRSİ

01. 03. 2017-ci il tarixdə Kimya kafedrasının professoru Tağı İbrahim oğlu Tağıyevin Kompleks birləşmələr kimyası fənnindən kimya və biologiya müəllimliyi IV kurs tələbələri ilə “Kompleks birləşmələrdə kimyəvi rabitələrin təbiətini izah edən nəzəriyyələr” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı dos. İ.Alverdiyev, kafedra müdiri prof. Q.Quluyev və b. müəllimlər iştirak etdilər. Açıq dərsdə müasir interaktiv təlim metodlarından geniş şəkildə istifadə edildi.