FAKÜLTƏMİZDƏ “SƏMƏNİ FESTİVALI” KEÇİRİLDİ.

Gəncə Dövlət Universitetinin tarixində ilk dəfə dekanlıq tərəfindən “Biologiya-kimya” fakültəsində 2017-ci il mart ayının 15-də “Səməni bayramı” keçirildi. Səməni “Novruz” bayramının milli atributlarından biridir. Suyun, torpağın, havanın, insan qəlbinin təzələnməsi, yeni gün kimi xalqımızın yaddaşında daimi saxlanılır, bu bayram xalqımıza sevinc və fərəh, yaşamaq, yaratmaq, ruzi bolluğu yaratmaq həvəsi verir.
Səməni bayramında universitetimizin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili fəlsəfə doktoru Kərimzadə Pərvin, Humanitar məsələlər üzrə prorektor fəlsəfə doktoru Fətəliyeva Gülsüm, rektorun baş müşaviri fəlsəfə doktoru Cavadov Asif, kafedra müdirləri-Əməkdar elm xadimi biologiya elmləri doktoru professor Novruzov Vaqif, professor Əhmədova Sevda, fəlsəfə doktoru Məmmədova Vəfa, professor-müəllim, tədris köməkçi heyəti və tələbə kollektivi iştirak etdi. İxtisaslar üzrə səməni tərtibatını yaxşı verən Kimya və biologiya müəllimliyi ixtisası üzrə I və II kurslar, Biologiya ixtisası üzrə I kurs, Ekologiya mühəndisliyi ixtisası üzrə I və III kurslar münsiflər tərəfindən mükafatlandırıldı. Tələbələr gələcəkdə öz fəaliyyətlərində “Səməni” bayramı ənənəsini inkişaf etdirəcəklərini bildirdilər.