BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI NÖVBƏTİ ÇÖL TƏDQİQATLARINDA

Kiçik Qafqazın şimal hissəsinin  çay hövzələrinin  flora biomüxtəlifliyi  və  dinamikası” mövzusunun icrası ilə əlaqədar Azərbaycanın qərb zonasının bitki örtüyündə baş verən antropogen dəyişilmələrin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay  hövzələri  bioloji poliqon kimi seçilmiş, vaxtaşırı olaraq həmin ərazilərə elmi ekspedisiyalar keçirilir. Bu günlərdə  AMEA-nın müxbir üzvü, prof. Vaqif Novruzov, dosent Məhəmmədiyə Qazıyev Gəncəçayçay hövzəsinin  mənsəb hissəsində növbəti elmi ekspedisiyada olmuşlar. Ekspedisiyada həmçinin riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Məmmədov iştirak etmişdir.

Mingıçevir su anbarı ətrafının tuqay meşələrinin insanlar tərəfindən qırılıb məhv edilməsinin  narahatçılığı  qeyd edilmişdir. Proses davam edərsə Kür və Gəncə çaylarının ətraf ərazilərinə yenidən  daşması baş verə bilər. Hövzə üçün səciyyəvi olan gəngizli formasiyaları, tuqay qalıqlarının  mal-qaranın və qoyunların oturaq yerlərinə çevrilməsi, müxtəlif tikinti işlərinin aparılması  də narahatçılıq doğurur. Ekspedisiyanın nəticələrina dair müvafiq tövsiyyələr hazırlanır.