Qurultayda respublikanın fizioloqları ilə yanaşı Rusiya, Gürcüstan, Belarusiya və İranın fiziologiya sahəsində çalışan tanınmış alim və gənc tədqiqatçıları da iştirak etmişlər. Akademik Akif Əlizadə yubiley münasibətilə institutun kollektivini təbrik edib və qurultay iştirakçılarına müvəffəqiyyətlər arzulayıb. Fiziologiya institutunun direktoru Azərbaycan Fizioloqlar Cəmiyyətinin Prezidenti biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimova “Fiziologiya elmi Azərbaycanda yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış etdi.