Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun Gəncə şəhər Təhsil İdarəsi, 4, 39 və 2 saylı bağçanın rəhbərləri ilə bağladığı müqavilələrə əsasən həmin təşkilatlarda ardıcıl olaraq elmi, metodiki və ictimai xarakterli geniş miqyaslı tədbirlər həyata keçirilir.
14 noyabr 2017- ci il tarixdə baza təhsil ocağımız olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin şagirdləri öz kimya müəllimləri ilə birgə universitetin Biolokiya- kimya fakültəsinin laboratoriyaları, auditoriyaları ilə tanış oldular. Tədbirin məqsədi məktəbdə kimya, botanika, zoologiya, anatomiya və biologiya fənlərinə maraq göstərən şagirdlərin biliklərinin daha da dərinləşdirilməsinə köməklik göstərmək, onları bu fənlərə daha yaradıcı yanaşmalarını rasional səviyyədə istiqamətləndirmə idi.
Universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşlarının iştirakı ilə Biologiya- kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev onları I tədris korpusu ilə tanış etdi. Belə ki, ilk olaraq 39№-li məktəbin şagirdləri Kimya kafedrasının maddi -texniki bazası, tədris laboratoriyaları ilə tanış oldular, müxtəlif kimyəvi reaksiyaların həyata keçirilməsi proseslərini izlədilər. Kimyəvi reaksiyaları, o cümlədə laboratoriyada hidrogenin alınması, vulkan püskürməsi reaksiyası (omonim bixromatın parçalanması ilə), dəmirin iki və üç valentli birləşmələri ilə qırmızı və sarı qan duzu ilə berlin abısı və trumbul göyü çöküntüləri alınması, maqnezium lentinin yanması və rəngli kompleks birləşmələrin alınması və izahatlar ilə əsas etibarilə kimya üzrə fəlsəfə doktoru, dosent əvəzi Mətanət Rzayeva icra edirdi, kafedranın əməkdaşları dosentlər İsfəndiyar Alverdiyev, Murad Vəliyev, Nazim Ələkbərov, tədris–köməkçi heyətindən Z. Burcuyeva, N. Abbasova və Ş. Abbasova isə şagirdlərə müxtəlif izahatlar, köməkliklər göstərdilər.
Daha sonra, Təcrübə və karyera şöbəsinin müdiri dosent M. Məmmədov, fakültə dekanı dosent İ. Alverdiyev və Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri dosent Vəfa Məmmədova məktəb şagirdlərini müxtəlif laboratoriyalar ilə tanış etdilər. Şagirdlər kafedranın Zoologiya, Anatomiya histologiya və fiziologiya laboratoriyaları ilə, müxtəlif eksponatlar ilə tanış oldular. Təqdimat işlərini dosentlər V. Məmmədova, T. Rüstəmova kafedranın əməkdaşları E. Hüseynova, L. Abdullayeva həyata keçirtdilər.
Növbəti mərhələdə dəvət olunmuş şagirdlər Botanika kafedrasının müdiri professor, AMEA-nın müxbir üzvü Vaqif Novruzovun və kafedranın əməkdaşlarının təqdimatı ilə kafedranın Bitki fiziologiyası, Ali və ibtidai bitkilər sistematikası, Bitki anatomiyası və morfologiyası laboratoriyaları ilə geniş tanış oldular.
Dosent İ. Alverdiyev şagirdləri fakültənin elmi-metodiki laboratoriyası ilə ətraflı tanış etdi, onlara işçi vəziyyətdə olan müxtəlif müasir avadanlıqlarla, cihazlarla necə işləmək metodlarını göstərdi
Görüşün sonunda 39 №- li məktəbin kimya elminə həvəsi olan şagirdlər universitetimizin İnnovasiya Departamentinə dəvət olundular. Orada Təcrübə və karyera şöbəsinin əməkdaşları, departamentin direktoru Vasif Həsənov, Transfer texnologiyaları və marketink şöbəsinin müdiri Razim Əliyev, Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri dosent Mahir Nağıyev, Xarici əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov departament haqqında ümumi məlumatlar dinlənildikdən sonra, innovativ təlim metodları, xarici əlaqələr barədə, müxtəlif layihələrin icra edilməsinə dair əyani videoçarxlar vasitəsi ilə tanış oldular. Şagirdlərə eyni zamanda müasir səviyyədə təchiz edilmiş V tədris binasının maddi – texniki bazası, logistik xüsusiyyətləri barədə geniş məlumat verildi.
Daha sonra, İnnovasiya departamentində şagirdlərin kimya fənni üzrə bilikləri yoxlanıldı, münsiflər heyətinin və məktəbin müəllimi Nəbiyev Elnurun iştirakı ilə 86 sinfinin şagirdi Sülüymanova Gülnur Gündüz qızı qalib hesab edildi, ona universitet tərəfindən xüsusi hədiyyə təqdim olundu, Ümummilli lider Heydər Əliyevin büstünün yanında xatirə şəkilləri çəkildi.