Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Qasımova Gültəkin Qasım qızının 27.11.2017-ci il tarixdə Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələrinə “Faydalı qazıntı yataqlarının yeraltı işlənməsində ekoloji təhlükəsizlik ” mövzusunda açıq dərsi keçirilmişdir. Müəllimin bütün sənədləri qaydasında idi. Açıq dərs müasir təlim metodlarından istifadə olunmaqla (slayddan, lövhədən, cədvəllərdən və tablolardan istifadə olunmaqla) çox maraqlı tədris olundu. Dərsdə dos. M.Vəliyev, dos. N.Ələkbərov, prof. S.Əhmədova, dos. F.Qasımova, b/m. Z.Ələkbərova, b/m. N.İsmayılzadə iştirak etmişlər. Yekunda müəllimlər yekdil olaraq G.Qasımovanın keçdiyi mühazirənin əla qiymətləndirilməsini məsləhət bildilər.