Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi b.ü.f.d. İsgəndərova Tünzalə Həsən qızının Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələrinə “Azərbaycanda radiasiya çirklənməsi ilə bağlı ekoloji gərginlik ” mövzusunda açıq dərsi keçirildi. Müəllimin bütün sənədləri qaydasında idi. Açıq dərs müasir təlim metodlarından istifadə olunmaqla tədris olundu. Dərsdə prof. S.Əhmədova və b/m.G.Qasımova iştirak etmişdilər. Sonda müəllimlər T.İsgəndərovanın keçdiyi mühazirənin əla qiymətləndirilməsini məsləhət gördülər.