Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi, biologiya üzrə fəlsəfə doktoru Nəsirova Nəsibə Valodiya qızı tərəfindən 20.12.2017-ci il tarixində saat 1100-da, “Turşulu yağışlar, GMO məhsulları və qlobal istiləşmə ekoloji problem kimi” mövzusunda seminar keçirilmişdir. Seminarda Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə, Ekologiya kafedrasının müdiri professor Sevda Əhmədova, Botanika kafedrasının müdiri, professor, əməkdar elm xadimi Vaqif Novruzov, Anatomiya, fiziologiya və zooologiya kafedrasının müdiri dosent Vəfa Məmmədova , Kimya kafedrasının müdiri dosent Aynur Məmmədova həmçinin kafedranın və Biologiya-kimya fakültəsinin professor-müəllim heyəti, tələbələri iştirak etdilər. Seminarda çox maraqlı elmi diskusiyalar keçirildi. Sonda elmi seminar haqqında P.Kərimzadə, V.Novruzov, S.Əhmədova, T.İsgəndərova, H.Kərimov öz müsbət fikirlərini bildirdilər.