TƏLƏBƏLƏR YAP-ın ÜZVÜLÜYÜNƏ QƏBUL OLUNDULAR

DSC_4265-600x400

13 noyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının akt zalında Biologiya-kimya fakültəsindən eyni vaxtda Yeni Azərbaycan Partiyasına könüllü olaraq üzv qəbul olunmuş 103 nəfər tələbənin iştirakı ilə tədbir keçirildi

Tədbirdə Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə, YAP Muzeyinin sədri Fazilə Cəfərova, Gəncə şəhər YAP Təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, YAP-ın əməkdaşı Nahidə Məmmədova, Biologiya-kimya fakültəsinin dekanı dosent İsfəndiyar Allahverdiyev, dosent Zilxumar Məmmədova və tələbələr iştirak etmişdir.

Dosent Pərvin Kərimzadə gələn qonaqları və tələbələri salamlayaraq bildirdi ki, bu gün YAP-ın çoxminli sıralarına könüllü qoşulan tələbələr düz yoldadır. Onlar təhsil almaqla bərabər, sağlam və xoşbəxt yaşamaları üçün Prezidentimiz cənab İlham Əliyevin ətrafında birləşməli, xarici və daxili siyasətinin reallaşmasında dəstək olmalıdırlar.

Pərvin Kərimzadə tələbələri təbrik edərək seçdikləri bu yolda daim fəal olacaqlarına və dövlətimizin qüdrətli gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəklərinə əmin olduğunu bildirərək, onlara uğurlar arzuladı.

Gəncə şəhər YAP Təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, Biologiya-kimya fakültəsinin dekanı dosent İsfəndiyar Allahverdiyev və dosent Zilxumar Məmmədova öz çıxışlarında tələbələri YAR-a üzv qəbul edilmələri münasibəti ilə təbrik edib, xoş söslərini bildirdilər.

Tədbirin sonunda tələbələrə YAP-ın üzvlük vəsiqələri paylandı.