Kimya kafedrasının baş müəllimi Namazova Leyli Oktay qızının Kimya ixtisasının I kursunda Qeyri üzvi kimya-1 fənnindən “Nitrat turşusu və onun kimyəvi xassələri” mövzusunda laboratoriyadan açıq dərsi keçirildi. Açıq dərsdə Kimya kafedrasının dosentləri A.Məmmədova, M.Vəliyev, N.Ələkbərov, dos.əv.M.Rzayeva, baş müəllimlər F.Alverdiyeva və Y.Hacıyev iştirak etdilər. Laboratoriya dərsində nitrat turşusuna aid bir sıra təcrübələr aparılaraq nəticələr təhlil edilmiş və nitrat turşusunun bəzi xassələrini əks etdirən qısa müddətli videolar göstərilmişdir.