Aparılmış müasir elmi-tədqiqat istiqamətlərinin tələblərinə müvafiq olaraq, Biologiya-kimya fakültəsinin Kimya kafedrasının Kimyəvi materialşünaslıq elmi-tədqiqat laboratoriyasının əməkdaşları qrant layihənin qalibi oldu. Kimya kafedrasının əməkdaşları professor Y.Ə.Yusibov sədr, dosent İ.C.Alverdiyev icraçı, doktorantlar G.Zeynalova, A.Hüseynova.
Adı çəkilən əməkdaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı fondunun keçirdiyi “Elm-Təhsilin İnteqrasiyası” məqsədli qrant layihəsinin qalibidir.
Qrant müsabiqəsində “Mis və gümüşün çoxkomponentli xalkogenidləri əsasında yeni superion keçiricilərinin və termodinamik materialların alınması və tədqiqi” mövzusu üzrə alınan yeni nəticələrə görə uğur qazanmaq mümkün olmuşdur. Layihəyə fond tərəfindən 60000 manat pul ayrılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının “Kataliz və qeyri-üzvi kimya” institutu ilə fakültənin elmi tədqiqat laboratoriyası layihəni müştərək icra edir.