Anatomiya, fiziologiya və zoologiya kafedrasının b.ü.f.d. dos.əvəzi Ağayeva Elfira Zaur qızının Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Fərdi inkişafın biologiyası” fənnindən “Differensasiya, determinasiya, inteqrasiya və induksiya” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev və kafedranın müəllimləri iştirak etmişlər. Açıq dərsdə müasir təlim metodlarından istifadə olunmuşdur. Proqram materialları tələbələrə çatdırıldı. Tələbələr suallara aydın və konkret cavab verirdi.