Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda “Kükürd birləşmələri və sulfat turşusu” mövzusunda Kimya kafedrasının b/m.Zeynalova Aygün Elxan qızının açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, dos.A.Məmmədova, dos.S.İbrahimli, k.ü.f.d.S.Mehdiyeva, k.ü.f.d.P.Hüseynova, b/m.Z.Əliyeva, b/m.L.Namazova iştirak etdilər. Kükürd, onun birləşmələri və sulfat turşusunun bəzi fiziki və kimyəvi xassələrinə aid maraqlı təcrübə məşğələləri aparılaraq nəticələr qeyd edildi. Aparılan təcrübələrlə paralel olaraq təqdim olunan video çarx açıq dərsin marağını daha da artırdı.