Kimya kafedrasının dosenti Məmmədova Aynur Teyyub qızının 28.11.2018-ci il tarixində Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Üzvi kimyadan seçilmiş bəhslər” fənnindən “Üzvi maddələrdə atomlararası qarşılıqlı təsir hesabına yaranan elektron effektləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə üzvi birləşmələrdə mövcud olan elektron effektləri, onların təsnifatı, yaranma səbəbləri və maddənin fiziki-kimyəvi xassələrinə təsiri barədə geniş məlumat verildi. Dərs son dövrün ədəbiyyatlarından və internet resurslarından istifadə edilməklə geniş auditoriya üçün nəzərdə tutulmuşdu. Açıq dərsdə universitetin Humanitar məsələlər üzrə prorektoru dos.G.Fətəliyeva, dekan dos.İ.Alverdiyev və kafedranın əməkdaşlarından prof.T.Tağıyev, dos M.Vəliyev, k.ü.f.d. b/m.S.Mehdiyeva, b/m. A.Zeynalova, b/m.F.Alverdiyeva, b/m.M.Nəbiyeva, b/m.L.Namazova, b/m.V.Əliyeva iştirak etdilər.